Bəybala Ələsgərov vəfat edib

Bəybala Ələsgərov vəfat edib
25 May 2025 19:45

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi və mərkəzin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da Qusar rayonunun Köhnə Qazmalar kəndində anadan olub. 

O, 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya mərkəzinə üzv, 1996-cı ildə həqiqi üzv seçilən ilk Azərbaycan alimidir. O, 1993-cü ildən başlayaraq ardıcıl olaraq "Nobel mükafatı laureatları"nın görüş konfranslarında və Stokholm şəhərində Nobel mükafatları komitəsində məruzələrlə çıxış edib. B.Ələsgərov Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə yaradılmış "AMEA nəzdində Nobel İnformasiya Mərkəzi"nə uzun illər rəhbərlik edib.


Sizin reklam burada
Sizin reklam burada