Rusiyanın Ufa şəhərinin Kirov Rayon Məhkəməsi Başqırdıstanın İctimai Palatasının keçmiş rəhbəri Rostislav Murzaqulov haqqında hökm çıxarıb. Hakim Rusiya Silahlı Qüvvələri və Ukraynada aparılan müharibə haqqında yalan məlumat yaydığına, habelə xarici agentlə dair fəaliyyət prosedurunu pozduğuna görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti Telegramda məlumat yayıb.
Məhkəmənin məlumatına görə, ötən ilin martında Murzaqulov Rusiyadan kənarda olarkən sosial şəbəkələrdə Rusiyanın Xüsusi Hərbi Əməliyyat ("SVO") adlandırdığı Ukrayna müharibəsi haqqında saxta məlumatlar olan videomateriallar dərc edib. Bundan əlavə, il ərzində o, sosial şəbəkə hesabında paylaşdığı materialları xarici agent tərəfindən hazırlanaraq yayılması xəbərdarlığını göstərmədən yerləşdirib.
Məhkəmə Murzaqulovu 8 il müddətinə azadlıqdan məhrum edib və onu 250 min rubl cərimələyib. Bundan başqa, İctimi Palatanın keçmiş rəhbəri 4 il müddətinə sayt məsələləri ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Tural