"Barselona" La Liqanın 18-ci tur matçında evdə "Atletiko Madrid"ə uduzub (1:2) və İspaniya çempionatında evdə ardıcıl məğlubiyyətlərə görə öz antirekordunu təkrarlayıb.
Bu barədə "Opta Sport" məlumat yayıb.
Məlumata görə, La Liqada ardıcıl üç ev oyununda məğlub olan katalonlar 1965 və 1987-ci illərdəki üç oyunluq məğlubiyyət seriyasından sonra turnirdəki ən pis nəticələrini təkrarlayıblar.
Xatırladaq ki, "Barselona" bundan əvvəl "Las Palmas" (1:2) və "Leqanes"ə (0:1) uduzmuşdu. Hazırda Flikin komandası 19 oyundan sonra 38 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikincidir.