Bakının bu rayonunda qaz kəsilib

Bakının bu rayonunda qaz kəsilib
10:22

Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

Bu barədə News365.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Sizin reklam burada
Sizin reklam burada