Bakıda bağlanan bu yol açıldı

Bakıda bağlanan bu yol açıldı
09:18

“Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətinə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Xatırladaq ki, Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsi sökülüb.

Bu səbəbdən “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava Limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilmişdi. 


Sizin reklam burada
Sizin reklam burada