Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanılıb

Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanılıb
11:27

Paytaxtın Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətindən News365.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.


Sizin reklam burada
Sizin reklam burada