Bakıda 60 kq narkotik aşkarlanıb - VİDEO

Bakıda 60 kq narkotik aşkarlanıb - VİDEO
14:16

Bakı şəhərində keçirilən əməliyyatlar nəticəsində 60 kq narkoik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirlər davam etdirilir.

Daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal rayonlarında, eləcədə Yevlax rayonunda keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmayılov tutulublar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.

Onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



    Sizin reklam burada
    Sizin reklam burada