Bakı Metropolitenində problemlər niyə bitmir? - Sorğular cavablandırılmır

Bakı Metropolitenində problemlər niyə bitmir? - Sorğular cavablandırılmır
15:00

Son bir neçə gündür Bakı Metropolitenində yerləşən aparatlarda texniki nasazlıqlar müşahidə olunur. Xüsusilə, metropoliten daxilində quraşdırılmış aparatların qəpik qəbul etməməsi sərnişinlər arasında narazılığa səbəb olub.

News365.az xəbər verir ki, belə mühüm məsələyə münasibət bildirilməməsi Bakı Metropoliteninin rəhbərliyi və ona bağlı mətbuat xidmətinin məsuliyyətsizliyini göstərir. Gündəlik olaraq 500 mindən artıq insanın istifadə etdiyi metropoliten üçün bu problem olduqca ciddi və vacibdir.

Metropolitenin vəzifəli şəxsləri belə qlobal məsələlərə vaxtında adekvat cavab verməli, mediaya açıqlamalarla sərnişinləri məlumatlandırmalı idi. Təəssüf ki, bu yöndə heç bir xəbərdarlıq və açıqlama verilməyib.

Nəzərə alsaq ki, metropoliten rəhbərliyi yeni təyin edilib və bu cür problemlərə vaxtında, səmərəli yanaşmaq onların əsas vəzifələrindən biridir. Ancaq indiyə qədər görülən işlər bu tələbata cavab vermir.

Saytımız bundan əvvəl 1 iyun Beynəlxalq Uşaqlar Günündə metronun iş saatının uzadılmaması, qatarların gecikməsi, həmçinin isti yay günlərində sərnişinlərin yaşadığı çətinliklər barədə materiallar yayımlamışdı. Həmin məqalə ölkədə geniş rezonans doğurmuş və BBC News kimi nüfuzlu beynəlxalq xəbər agentliyi tərəfindən də işıqlandırılmışdı.

İnanırıq ki, Bakı Metropoliteninin yeni rəhbərliyi və məsul şəxslər yaranmış vəziyyətin ciddiliyini dərk edəcək, bu kimi problemlərin aradan qaldırılması üçün ciddi addımlar atacaqlar.


Sizin reklam burada
Sizin reklam burada