“Azərreyl“ ölkə çempionu OLDU

“Azərreyl“ ölkə çempionu OLDU
22 Apr 2024 21:49

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Finalda “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.

İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə “Murov Az Terminal” oyunçuları üstün olublar – 27:25, 25:19.

Dördüncü setdə “Azərreyl” istəyinə çatıb – 32:30.

Həlledici, qızıl setdə (15:13) də üstün olan “Azərrey” rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə “Neftçi” MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.


Youtube kanalımız

Oxşar xəbərlər