Ötən il turist kimi xarici ölkələrə gedən 1 milyon 280 min 787 nəfər Azərbaycan vətəndaşı ümumilikdə 2 milyard 33 milyon 588 min manat xərcləyib.
News365.az xəbər verir ki, xaricə gedən azərbaycanlı turistlərin adambaşına düşən xərcləri 1 588 manat olub.
Müqayisə üçün bildirək ki, azərbaycanlı turistlər 2024-cü ildə ötənildəkindən daha çox pul xərcləyiblər. Belə ki, 2024-cü ildə xaricə gedən azərbaycanlı turistlərin adambaşına düşən xərcləri 1 625 manat olub.
Qeyd edək ki, azərbaycanlı turistlərin xərcləri arasında ilk sırada nəqliyyat xərcləri yer alır. Ümumi xərclərin 36,6%-ni və ya 745 milyon manatını nəqliyyat xərcləri təşkil edib.
Bu ilin ilk yarısında azərbaycanlı turistlərin xaricdəki xərcləri belə olub:
Nəqliyyat xərcləri – 745 milyon manat;
Yerləşmə xərcləri – 450 milyon manat;
Qidalanma xərcləri – 403 milyon manat;
Malların və hədiyyələrin alınması – 327 milyon manat;
Turizm zərflərinin alınması xərcləri – 65 milyon manat;
İdman və əyləncə xərcləri – 13 milyon manat;
Mədəniyyət xərcləri – 6,4 milyon manat;
Nəqliyyat vasitələrinin icarəyə götürülməsi – 3,6 milyon manat;
Digər xərclər – 20 milyon manat.
Onu da bildirək ki, Azərbaycandan gedən turistlər ən çox Yaponiyada pul xərcləyiblər. Ötən il Yaponiyaya 195 nəfər azərbaycanlı turist gedib və onların hər biri orta hesabla 3 123 manat xərcləyib. Ən az pul xərcləyənlər isə Türkmənistana səfər edən turistlər olub. Türkmənistana son bir il ərzində 13 min 44 azərbaycanlı turist gedib və onların hər biri 1 059 manat xərcləyib.
Azərbaycanlı turistlərin səfər etdikləri əsas ölkələr və xərclədikləri məbləğ belə olub: