Azərbaycanlı futbolçunun xanımı görənləri və eşidənləri ŞOK ETDİ!

Azərbaycanlı futbolçunun xanımı görənləri və eşidənləri ŞOK ETDİ!
22 Apr 2024 23:07

Azərbaycanın qadın futbolunda şok hadisə yaşanıb.

«Neftçi»nin Yüksək Liqada çıxış edən komandası «Olimpiya»ya 41:0 hesabıyla qalib gəlib.

İşin maraqlı tərəfi 38 qolu bir oyunçunun vurmasıdır. Belə ki, «ağ-qaralar»ın kapitanı Aysun Seydiyeva Ağcabədi təmsilçisinin qapısından nə az, nə çox, düz 38 top keçirib.

Siyasət Əsgərovun çalışdırdığı paytaxt qızları bununla turnir cədvəlində liderliyini möhkəmlədib.

Maraqlı göstəricəyə imza atan Aysun millinin də formasını geyinir. Onun «Sabah»ın müdafiəçisi Amin Seydiyevlə evli olmasını da yada salaq.


Youtube kanalımız

Oxşar xəbərlər