Azərbaycanda 14 nəfər qarpızdan ZƏHƏRLƏNİB

Azərbaycanda 14 nəfər qarpızdan ZƏHƏRLƏNİB
11:32

Mövsüm başlayandan 14 nəfər qarpızdan zəhərlənib.

Bu barədə Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 14 nəfər müraciət edib. 

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.

Qeyd edək ki, yay mövsümündə tez-tez rast gəlinən qida zəhərlənmələri arasında qarpızdan zəhərlənmə halları xüsusi yer tutur. İstiliyin artması, məhsulun düzgün saxlanılmaması, erkən yetişdirilmə məqsədilə istifadə olunan kimyəvi maddələr və gigiyenik qaydalara riayət olunmaması bu cür halların başlıca səbəbləri sayılır.
 


Sizin reklam burada
Sizin reklam burada