“Avropalı
"ekoaktivist" Azərbaycanın 20% ərazisində ekosid törətmiş şəxslərin
azadlığını tələb edir və COP29-a gəlməyənləri deyil, COP29-u təşkil edənləri,
Avropaya yaşıl enerji ixrac edəcək ölkəni hədəfə alır. Çox təəccüblüdür! Məntiqlə
əksinə olmalı Idi”.
News365.az xəbər verir ki, bunu tanınmış jurnalist
İbrahim Məmmədov öz sosial səhifəsində yazıb. O əlavə edib
ki, Azərbaycanda keçirilən COP29-u boykota çağırdıqdan sonra Q.Tunberq Ermənistana
gəlib:
“Bu əsl həqiqət
anıdır. 30 ildən artıqdır ki, müşahidə edirəm: xaricdə insan haqları və
Planetin xilası kimi gözəl sözlərlə silahlanıb Azərbaycana hücum edənlərin hamısı
mütləq və mütləq erməni təəssübkeşi çıxır. Bu Qərbdə Azərbaycana münasibətin
fizikasıdır. 36 ildir ki, işləyən bu formula Q.Tunberq nümunəsində də bir daha
sübut olundu. Q.Tunberq Azərbaycan ərazilərində minlərlə hektar meşəni, su hövzələrini
məhv etmiş şəxslərin azad olunmasını, ekologiya üçün vəsait xərcləyən, Avropanın
yaşıl enerji tərəfdaşına çevrilməkdə olan, BMT-nin iqlimlə bağlı ən böyük tədbirini
təşkil edən Azərbaycanı və BMT-nin COP29 tədbirini boykota çağırır. Ekoloji
aktivistin COP29-a gəlməkdən imtina edənləri tənqidi daha məntiqli olmazdımı?
Q. Tunberqin
Azərbaycana qarşı istifadə etdiyi tezislər 1 ay əvvəl Fransalı depuatatların təşəbbüsü
ilə Avropa parlamentinin (AP) qətnaməsində, iki həftə əvvəl AP-nin binasında
terrorçu Daşnaksütyun partiyasının üzvlərinin, hərbi cani R.Vardanyanın oğlu
D.Vardanyanın, Ermənistanın Aİ-dakı səfiri Balayanın və Çənubi Kiprin AP üzvü
olan deputatının təşkil etdikləri anti-Azərbaycan masada da səslənmişdi.
Terrorçu təşkilat
kimi yaradılmış, bütün tarixi terrorla əlaqəli olmuş, Ermənistanda 1996-cı ildə
terrora görə fəaliyyəti dayandırılmış Daşnaksütyun Avropa Parlamentində iclas
keçirir. Bununla da dairə qapandı!”
News365.az