Azərbaycan Ordusunun zabiti vəfat edib.
News365.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrinin birində baş verib.
Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə vəfat edib.
Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.
A.Qasımov ailəli idi, bir övladı var.
Faktla bağlı araşdırma aparılır.