“Azərbaycan ərazilərini qoruya bilirsə, digər qüvvəyə ehtiyac qalmır“- Deputat

“Azərbaycan ərazilərini qoruya bilirsə, digər qüvvəyə ehtiyac qalmır“-  Deputat
18 Apr 2024 17:32

"Məntiqlə yanaşsaq Sülhməramlıların Azərbaycan ərazisindən çıxması gözlənilən idi".

Milli Məclisin üzvü Sevil Mikayılova News365.az-a açıqlamasında deyib. 

"Rus sülhməramlılarının gəlişi ilə bölgədə sülh formalaşmışdı. Çünki otuz illik qanlı münaqişə yeni bitmişdi, ərazidə erməni əsilli şəxslər var idi. Müəyyən mənada sülhməramlıların yerləşməsi bölgədə təhlükəsizlik mühitini formalaşdıra bilmişdi. Yəni ən azından hər iki tərəf arasında ixtilaflar dayanmışdı. Prosesslərin müsbət məcrada inkişaf etməsində onların töhfələri oldu. Bu müddət ərzində provakasiyaların qarşısının alınması və nəzərə alsaq ki, laçın yolu da açıq idi, bu yolla daşınan yüklər, fəsadları bütün bunların aradan qaldırılması üçün zaman-zaman sülhməramlılarla rəsmi Bakının iş birliyi və bu iş birliyinin fonunda da gördüyüm reallığa nail ola bildik. Amma prosesslərin inkişafı kimi 2023-cü ildə antı-terror əməliyyatları  və Azərbaycan ərazisində separatizmə son qoyulmasında daha fərqli bir reallıq formalaşdı ki, Azərbaycan polisi bu əraziyə daxil oldu. Əgər bu ərazilərə Azərbaycanın özünün hərbiçiləri, hüquq mühafizə orqanları mühafizə edə biləcəklərsə, artıq digər bir qüvvəyə ehtiyac qalmır"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər