Kamçatka diyarının Sobolevsk rayonunda komendant saatı tətbiq edilib.
News365.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, ayıların insanlara yaxınlaşması hallarının artması səbəbindən uşaqlar və piyadalar üçün komendant saatı tətbiq edilib.
“Rayon ərazisində ayıların yaşayış məntəqələrinə çıxması hallarının artması ilə əlaqədar ‘Yüksək hazırlıq’ rejiminin tətbiq olunması və hərəkətin məhdudlaşdırılması qərara alınıb,” – deyə rayon administrasiyası bildirib.
İndi qeyd olunan vətəndaş qruplarına yerli vaxtla saat 20:00-dan sonra küçəyə çıxmaq qadağandır.