Sosial şəbəkələrdə maraqlı görüntü yayılıb. Belə ki, Kamçatkada Milkovskaya şossesinin 101-ci kilometrliyində üç ayı balası mütəmadi oalraq sürücülərə yemək üçün yalvarmağa başlayıblar.
Bildirilir ki, vəhşi heyvanlar bir neçə dəfə qidalandırıldıqları üçün artıq maşınlardan, siqnallardn və insan səslərindən qorxmurlar. "İndi Meşə və Ovçuluq Nazirliyinin mütəxəssisləri onları meşəyə, geri qovmağa çalışırlar. İdarədən vurğulanıb ki, vəhşi heyvanların qidalanması həm sərnişinlər, həm də heyvanların özləri üçün təhlükəlidir. Çünki onlar insanlardan qida almağa öyrəşiblər və təbiətə uyğunlaşa bilməyəcəklər", - məlumatda qeyd edilib.
Tural