Ukrayna və bir sıra Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Moskva ilə Kiyev arasında birbaşa danışıqlar planı ilə razılaşmır. Qərb belə hesab edir ki, Amerika prezidenti münaqişənin həlli üçün “diplomatik səylərdən uzaqlaşır”. Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edib.
“Qapalı müzakirələr haqqında danışan və adının açıqlanmasını istəməyən bir avropalı məmur deyib ki, liderlər Trampın diplomatik səylərdən geri çəkilməsindən qorxurlar... Rəsmi şəxs onu da əlavə edib ki, Kiyev və Avropanın bəzi liderləri Ağ Ev rəhbərinin Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılması planı ilə razı deyillər”, – qəzet yazıb.
Agentliyin mənbəsinin sözlərinə görə, Tramp bundan sonra sanksiya tətbiq etmək istəmədiyini və özünün atəşkəs təklifindən geri çəkildiyini açıq şəkildə göstərib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural