“Avqustun 8-də Vaşinqtonda baş verənlər qarşıdurmanın və gərginliyin sonu deməkdir”

“Avqustun 8-də Vaşinqtonda baş verənlər qarşıdurmanın və gərginliyin sonu deməkdir”
11:00

Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. 

Bunu Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.

Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq”.


Sizin reklam burada
Sizin reklam burada