Antalyada iki düşmən qrup arasında parkda baş vermiş silahlı toqquşmada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
News365.az-ın məlumatına görə, hadisə ilə bağlı 9 şübhəli saxlanılıb.
Hadisə bazar günü saat 03:00 radələrində Antalyanın Muratpaşa rayonunun Şirinyalı məhəlləsində, 1492-ci küçədəki parkda qeydə alınıb. Məlumata görə, Burak Bektaş və 5 dostu Alihan A. və 3 dostu ilə görüşüb. Aralarında mübahisə davaya çevrilərək tərəflər bir-birinə tapança ilə atəş açıblar.
Polis və təcili tibbi yardım briqadaları hadisə yerinə çağırılıb. Başından və ayağından yaralanan Burak Bektaş və sol ayağından yaralanan Alihan A. xəstəxanaya çatdırılıb. Burak Bektaş xəstəxanada dünyasını dəyişib, Alihan A. isə müalicədən sonra evə buraxılıb və saxlanılıb.
Hadisə yerində polis 3 tapança və çoxsaylı patronlar aşkarlayıb. Əməliyyat zamanı hadisəyə qarışan əlavə 8 şübhəli saxlanılıb. Ümumilikdə 9 nəfər barəsində hüquqi tədbirlər davam etdirilir.
News365.az