Aİ Ukraynaya sursat almaq üçün nə qədər pul toplayıb?

Aİ Ukraynaya sursat almaq üçün nə qədər pul toplayıb?
14 Apr 2025 12:15

Avropa İttifaqı artıq Ukraynanın ehtiyacları üçün sursat almaq istiqamətində lazım olan məbləğin üçdə ikisini toplayıb. UNİAN-ın yaydığı məlumata görə, bunu Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Lüksemburqda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının iclası başlamazdan əvvəl deyib. O, yığılmalı olan məbləğin 5 milyard avro olduğunu qeyd edib.

"Biz bu müharibədə ən ölümcül hücumları görürük. Mülki insanlar ölür. Təbii ki, Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılaşdığı müddətdən bir ay keçib. Biz bunu Rusiya tərəfdən görmədik. Aydın məsələdir ki, indi Ukraynaya daha çox dəstək verməliyik. Mən çox şadam ki, mənim silah-sursat təşəbbüsümün reallaşması üçün lazım olan maliyyə vəsaitinin üçdə ikisi artıq əlimizdədir. Amma təbii ki, biz daha çox iş görməliyik",- Kallas qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada