Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional xəstəxanasının açılışı olub - FOTOLAR

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional xəstəxanasının açılışı olub - FOTOLAR
12:27
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin ümumi 1,4 milyona yaxın əhalisi olan iki şəhər (Gəncə, Naftalan) və 9 rayon - Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları ərazisində yaşayan əhaliyə tənəffüs sisteminin spesifik ve qeyri-spesifik xəstəliklərinin müalicəsi, diaqnostikası və profilaktikası ilə bağlı tibbi xidmət göstərəcək Şəmkir Regional Xəstəxanasının açılış mərasimi keçirilib. 

Kür qəsəbəsində yerləşən xəstəxananın açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev, Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin direktoru Nəhmət Rəhmanov  və Şəmkir Regional Xəstəxananın kollektivi iştirak ediblər.

RİH başçısı Rəşad Tağıyev xəstəxanın fəaliyyətə başlaması münasibətilə bütün kollektivi təbrik edib, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından danışıb. 
İcra başçısı bildirib ki, dövlətimizin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin yenidən qurulması, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. 

Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə çətin və məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacağını deyən Rəşad Tağyev vurğulayıb ki, bu gün dövlət başçımızın apardığı siyasətin başlıca amillərindən biri əhalinin sağlamlığının daha etibarlı qorunmasıdır.
TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov çıxışlarında Şəmkir Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, xəstəxanada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb.

News365.az xəbər v erir ki, açılış mərasimindən sonra qonaqlar Şəmkir Regional Xəstəxanasında yaradılan şəraitlə tanış olublar. 
Bildirilib ki, xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb. Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir. Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri və avadanlıqlarla təchiz edilib.

Sizin reklam burada
Sizin reklam burada