ABŞ Vitse-Prezidenti: “Rusiya-Ukrayna Müharibəsinin Dəstəyindən Yorulmuşuq”

ABŞ Vitse-Prezidenti: “Rusiya-Ukrayna Müharibəsinin Dəstəyindən Yorulmuşuq”
14:04

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens (JD Vance) Rusiya-Ukrayna münaqişəsinin maliyyələşdirilməsi məsələsində yüklənmədən danışıb.

News365.az xarici mətbuata istinadla xəbər verir ki, Vens bu müharibənin sülh yolu ilə həllinin zəruriliyini önə çəkib. O, ABŞ vətəndaşlarının vergilərinin davamlı artmasından narazılıq etdiyini və Avropa ölkələrinin bu məsuliyyəti paylaşmalı olduğunu bildirib.

Vitse-prezident İngiltərə səfəri zamanı da tərəfdaşları ilə münaqişənin gələcəyi barədə geniş müzakirələr apardığını vurğulayıb.

Vensin açıqlamaları ABŞ daxilində müharibənin davamlı dəstəklənməsi ilə bağlı narahatlıqların artdığını göstərir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada