ABŞ səfirliyi viza müraciətçiləri üçün yeni qayda tətbiq etdi

ABŞ səfirliyi viza müraciətçiləri üçün yeni qayda tətbiq etdi
14:11

“Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur”​

News365.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, F kateqoriyalı vizadan ABŞ-də universitetlərdə, kolleclərdə və dil məktəblərində təhsil almaq istəyən tələbələr istifadə edir.

M seriyası peşə və texniki təhsil üçün verilən tələbə vizasıdır. 

J seriyası isə mübadilə proqramları (tələbə mübadiləsi, “Work and Travel”, tədqiqat, müəllim proqramları və s.) üçün verilən vizadır.


Sizin reklam burada
Sizin reklam burada