ABŞ milli kəşfiyyatının ən bahalı uğursuz olanı açıqlanıb

ABŞ milli kəşfiyyatının ən bahalı uğursuz olanı açıqlanıb
03 Fev 2025 11:14

ABŞ ordusunun İraqa müdaxiləsi ölkənin təhlükəsizliyini və konstitusiya azadlıqlarını pozan ABŞ milli kəşfiyyatının ən bahalı uğursuz planı idi. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə namizəd Tulsi Qabbard “Neewsweek” üçün köşə yazısında bildirib.

O qeyd edib ki, işğal qərarı Yaxın Şərqdə kütləvi miqrasiya və sabitliyin pozulmasına gətirib çıxarıb və ABŞ-nin Avropadakı müttəfiqlərinin təhlükəsizliyini, sabitliyini pozub. Bu, həmçinin “İslam Dövləti” terrorçularının, “Əl-Qaidə” terror qruplaşmasının və digər təşkilatların güclənməsinə səbəb olub, “İranı cəsarətləndirib”.

Qabbard əlavə edib ki, Donald Trampın ABŞ-dakı prezident seçkilərində qələbəsi amerikalılar üçün məğlubiyyət seriyasını qırmaq və kəşfiyyat sahəsinin silahlanmasına və siyasiləşməsinə son qoymaq üçün aydın mesajdır.

Tural


Sizin reklam burada
Sizin reklam burada