ABŞ səlahiyyətliləri təhlükəli parazitin - canlı toxuma ilə qidalanan rotor qanadlı milçək sürfələrinin yayılmasının qarşısını almaq üçün Meksika və Texasın cənubu üzərindən milyardlarla steril milçəkləri təyyarələrdən buraxmağa hazırlaşır.
"Associated Press"in(AP) yaydığı məlumata görə, həşəratlarla bağlı bu layihə vəhşi təbiəti və hətta ev heyvanlarını ölümcül təhlükədən qorumaq üçün nəzərdə tutulub.
"ABŞ Kənd Təsərrüfatı Nazirliyi yetkin erkək milçəkləri kütləvi şəkildə yetişdirməyi, onları radiasiya ilə sterilizasiya etməyi və təbiətə buraxmağı planlaşdırır. Qısır erkəklər vəhşi dişilərlə cütləşəcək və nəsil verməyəcək və bununla belə onlar parazit populyasiyasını tədricən məhv edəcəklər. Alimlər bunun zəhərlərdən istifadə etməkdən daha ekoloji təmiz və təsirli vasitə olduğunu deyirlər",- nəşr yazıb.
Milçəklərin sterilizasiyası və onların təyyarələrdən kütləvi şəkildə buraxılması onilliklər əvvəl ABŞ-da və Panamadan şimalda olan ölkələrdə sınaqdan keçirilib. Bu proses zərərvericinin məhvinə kömək edib. Lakin 2023-cü ilin sonlarında təhlükəli milçəklər Meksikanın cənubunda yenidən peyda olublar.
Alimlər artıq 2026-cı ilin iyuluna qədər Meksikanın cənubunda yeni milçək yetişdirmə müəssisəsi açmaq və 2024-cü ilin sonuna qədər Texasda paylama mərkəzi yaratmaq planlarını təsdiqləyiblər. Lazım gələrsə, ABŞ Panama müəssisəsindən həftədə 117 milyona qədər milçək istehsal edə bilən steril milçəklər idxal edəcək, lakin təhlükəni azaltmaq üçün ən azı 400 milyona ehtiyac var.
Məlum sürfələrin təhlükəsi ondan ibarətdir ki, çürüyən toxumalarla qidalanan milçəklərin əksəriyyətindən fərqli olaraq, bu arzuolunmaz milçəklər yumurtalarını heyvanların canlı toxumalarına, selikli qişalara o cümlədən insanların açıq yaralarına qoyurlar və yumurtadan çıxan sürfələr isə əti içəridən çölə doğru yeyirlər...
Tural