Kaliforniyada yanğınların güclənməsi ilə əlaqədar ABŞ-nin ən çox ziyarət edilən muzeylərindən biri olan Qetti Muzeyində təxliyə elan edilib.
Bu barədə informasiyanı "The New York Times" yayıb.
Məlumata görə, Rubens, Rembrandt, Deqas, Mone və bir çox başqa ustadların rəsm əsərlərinin yer aldığı "Getty Center"in əməkdaşları təxliyə ediliblər.
Binada yalnız təhlükəsizlik işçiləri qalıb.