20 yaşlı gənc qətlə yetirildi: şübhəli bilinən yeniyetmə saxlanılıb

20 yaşlı gənc qətlə yetirildi: şübhəli bilinən yeniyetmə saxlanılıb
02 Okt 2024 09:32

Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada