2 gün ərzində Bakıdan bölgələrə neçə reys həyata keçirilib?

2 gün ərzində Bakıdan bölgələrə neçə reys həyata keçirilib?
07 İyn 2025 18:59

İyunun 5-6-da paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən news365.az-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib.


Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib.


Sərnişinlərin 38 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.


İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada