Türkiyənin Afyonkarahisar şəhərinin sənaye zonasında yerləşən ağac tədarükü müəssisəsində fevralın 10-u axşam baş verən böyük yanğını 12 saatdır söndürə bilmirlər. Yanğının söndürülməsində təxminən 60 yanğınsöndürmə briqadası iştirak edir.
News365.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Alov fabrikin böyük ərazisinə yayılıb. Yanğınsöndürənlərin işi bu bölgədə əsən külək səbəbindən də çətinləşib. Alovun qonşu müəssisələrə keçmə riski hələ də qalmaqdadır.
Yerli hakimiyyətin məlumatına görə, yanğın nəticəsində ölən və ya xəsarət alan yoxdur. Yanğının səbəbləri hələ müəyyən edilməyib, lakin nasaz elektrik naqillərindən baş verə biləcəyi versiyası var.