Britaniyanın Financial Times nəşri yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski son aylarda verdiyi bəyanatlarda münaqişənin müəyyən şərtlərlə dondurulması ehtimalına açıq qapı saxlayıb.
News365.az-ın məlumatına görə, belə bir razılaşma qəbul edilərsə, hazırda Rusiyanın nəzarətində olan bəzi ərazilər de-fakto Moskvanın yurisdiksiyasında qala bilər. Bu isə Kremlin əsas tələblərindən birinin reallaşması anlamına gələcək.
Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında görüş planlaşdırılır. Gözlənilir ki, danışıqların əsas mövzusu Ukraynada sülhün təmin olunması olacaq.
News365.az