Zelenski Baydendən sonra daha bir yaxın müttəfiqini itirir - "Reuters"

Zelenski Baydendən sonra daha bir yaxın müttəfiqini itirir - "Reuters"
11:37

Ukraynanın ən mühüm müttəfiqlərindən biri olaraq qalan Kanadanın baş naziri Castin Trüdo yanvarda işini itirə bilər.

Bu barədə Reuters məlumat yayıb. Nəşrin məlumatına görə, o, etimadsızlıq votumu ilə hədələnir. Söhbət Trüdonun əsas "açar" sayılan müttəfiqi, Yeni Demokrat Partiyasının lideri Caqmet Sinqhdən gedir. O, baş nazirin vəzifəsində qalmasına kömək edib. Lakin indi deyir ki, seçilmiş İcmalar Palatası yanvarın 27-də, qış tətilindən qayıdanda rəsmi etimadsızlıq səsverməsi təşkil edəcək.

"Liberal Partiyaya kimin rəhbərlik etməsinin əhəmiyyəti yoxdur, bu hökumətin vaxtı bitib. Biz İcmalar Palatasının növbəti iclasında açıq-aşkar etimadsızlıq təklifi verəcəyik", - Sinq deyib.

Tural


Youtube kanalımız