Zakir Fərəcov və Mehdi Səlimzadə mülk davasında

Zakir Fərəcov və Mehdi Səlimzadə mülk davasında
31 İyl 2025 12:50

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadə arasında mülk davası gedir. Məsələ artıq hüquqi müstəviyə çıxıb.

Səbəbsə Rəmil Məcidovdur. Onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir qadınla münasibətdə olduğu da bildirilir.

Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.

Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.

***

Baş Prokurorluqda kadr islahatı olub.

News365.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb.

Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kecmiş kürəkənidir.

İndidə növbə mulklərdədir.


Sizin reklam burada
Sizin reklam burada