Zabrat yolunda dəhşət saçan mənzərə üçün kim cavabdehdir? - VİDEO

Zabrat yolunda dəhşət saçan mənzərə üçün kim cavabdehdir? -  VİDEO
18 Apr 2024 15:45

Hər gün neçə-neçə avtoqəzaya şahidlik edirik.  Təəssüf ki, həmin qəzalar çox zaman insan itkiləri ilə başa çatır. Qəzalarınsa səbəbləri çoxdur.

Ne olaraq bu dəfə həmin səbəblərdən biri haqqında söhbət açacağıq. Yəqin ki, çoxlarınız təsadüf edib ki, avtomobil yollarında kommunikasiya xəttləri üzərində qoyulan baxış qapaqları çox zaman açıq olur. Belə yollarda isə qəzalar qaçılmaz olur. Əməkdaşlarımız problemlə bağlı Sabunçu rayonu Zabrat qəsəbəsindəki mərkəzi yolda çəkiliş aparıb. Çəkiliş zamanı aydın olub ki, yolun ortasındakı baxış qapağı açıqdır. Yolda isə sürət həddi kifayət qədər yüksəkdir. Ona görə də ərazidə qorxunc avtoqəza qaçılmazdır.

Məsələ ilə bağlı ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli News365.az-a bildirdi ki, fakt diqqətə alınıb:

“Problemin tezliklə aradan qaldırılması üçün müvafiq şöbələrə məlumat verilib”.

Problemlə bağlı Sabunçu rayon Zabrat ərazi nümayəndəliyi ilə də əlaqə saxladıq. Nümayəndəlikdən problemə çox laqeyid münasibət bəslənildi:

“Bunun bizə nə dəxli var?”

Bu yerdə qəsəbə nümayəndəliyinə və Sabunçu rayon icra hakimiyyətinə xatırlatmaq istəyirik ki, rayonda mövcud olan bütün problemlərin sizə dəxli var. O cümlədən də Zabrat yolundakı bu təhlükənin də. Çünki, bu ərazidə kimlərinsə səhlənkarlığı üzündən baş verəcək faciəyə digərləri kimi siz də məsuliyyət daşıyırsınız. Hələ onu demirik ki, hər gün yol kənarını süpürən rayon sakinləri bu təhlükə ilə üz-üzədir.

Vəfa Vəliyeva,  News365.az 

 


Youtube kanalımız

Oxşar xəbərlər