Yevlax-Zaqatala-Gürcüstan
avtomobil yolunun Şəkidən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş
verib.
News365.az
xəbər verir ki, yolun Suçma kəndindən keçən hissəsində minik avtomobilləri toqquşub. Hadisə
nəticəsində avtomobillərdən birində
olan sərnişin, Zaqatala rayon sakini Vüqar Ramazanov və digər avtomobilin sürücüsü, Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə
yerində ölüblər.
Digər ürücü 43 yaşlı
Qəşəm Mustafazadə isə xəsarət alıb.
Faktla
bağlı
cinayət işi başlanılıb, istintaq aparılır.
News365.az