“Yeni saziş iki ölkə arasında bütün anlaşılmazlıqları həll etməyi nəzərdə tutur” - Elşən Mustafayev

“Yeni saziş iki ölkə arasında bütün anlaşılmazlıqları həll etməyi nəzərdə tutur” - Elşən Mustafayev
14:29

İmzalanan yeni sazişin 7-ci bəndi texniki xarakter daşısa da, digər müddəalar iki ölkə arasında indiyə qədər mövcud olmuş və gələcəkdə yarana biləcək bütün anlaşılmazlıqların, problemlərin həllini nəzərdə tutur.

Bunu News365.az-a açıqlamasında politoloq Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, sənəd üzərində uzun müddət və ciddi şəkildə işlənib, hər ifadə diqqətlə seçilib:

“Birinci üç bənd aydındır — qarşılıqlı ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddialarının olmaması və bu prinsiplərin təsdiqi. Bu, çox ciddi və əhəmiyyətli müddəalardır. Amma bəzi bəndlərin detalları göstərir ki, sənəd çox peşəkar hazırlanıb. Məsələn, sərhəddə üçüncü qüvvələrin dayanmasına dair razılaşma olduqca vacibdir. Orada konkret kimin dayanacağı göstərilməyib, amma bu, gələcəkdə Rusiya qüvvələrinin, yaxud Avropa İttifaqı missiyasının sərhəddə yerləşdirilməsinin qarşısını ala bilər.”

Politoloq qeyd edib ki, sazişdə separatizm, terror və çevriliş cəhdlərinə qarşı mübarizə ilə bağlı xüsusi bənd də yer alıb:

“Bu, o deməkdir ki, gələcəkdə Azərbaycana qarşı separatist və revanşist çağırışlar edənlər, ərazi iddiaları irəli sürənlər qanunvericilik çərçivəsində cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu müddəa sazişin işləkliyini təmin edəcək mühüm mexanizmlərdən biridir."


Sizin reklam burada
Sizin reklam burada