Hal-hazırda dünyada yeni paradigmalar formalaşır və bu, bir çox sahələrdə özünü göstərir. İkinci Dünya müharibəsindən sonra yaranan siyasi və təhlükəsizlik arxitekturası dəyişir. Bu prosesdə Rusiya, yenidən qlobal bölüşdürmədə söz sahibi olmaq və hakim mövqeyini bərpa etmək niyyətindədir.
Bunu News365.az-a açıqlamasında politoloq Əli Mustafa bildirib. Onun sözlərinə görə, bu istəyin qarşısında duran qüvvələr çoxdur:
“Biden administrasiyası, Avropa İttifaqı, hətta Çin belə Rusiyanın 17 milyon kvadratkilometrlik ərazi ilə yeni dünya düzənində iştirakına müsbət baxmır. Onlar hesab edirlər ki, müəyyən tarazlıq pozulub və Rusiyanı sıxışdırmaq lazımdır.”
Politoloq qeyd edib ki, hazırda Rusiyanın üzərində sanksiyaların “kabusu” dolaşır:
“Rusiya bundan qorunmaq istəyir. Bəzən elə görünür ki, son anda bir möcüzə baş verir və kimsə Rusiyanı xilas edir. Tramp dövründə zaman qazandı, amma sonradan bu imkanlar azaldı. İndi isə sanksiyaların tətbiqi qaçılmaz görünür. Bu sanksiyalar, çökməkdə olan Rusiya iqtisadiyyatını daha da ağır vəziyyətə salacaq."