“Xəbərdarlıqlara baxmayaraq, İsrail Rəfaha hücum etmək fikirindədir“- Əlimusa İbrahimov

“Xəbərdarlıqlara baxmayaraq, İsrail Rəfaha hücum etmək fikirindədir“-  Əlimusa İbrahimov
23 Apr 2024 12:00

"İsrail tərəfinin qeyd etdiyi kimi Rəfah əməliyyatı Qəzza əməliyyatında son nöqtə olmalıdır. Qəzzanın İsrailin nəzərdə tutduğu bütün bölgələri İsrail qoşunları tərəfindən işğal olunub". 

Politoloq Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında bildirib. 

"Məlumatlara görə Rəfah bölgəsində bir milyondan, milyon yarıma qədər dinc əhali, o  cümlədən Qəzzada HƏMAS-a xidmət edən iki batalyon yerləşdirilib. İsraildə ümid edirlər ki, Rəfaha hücum etməklə bu iki batalyonu ləğv etmək, beləliklə HƏMAS-ın fəaliyyətinə son qoymaq mümkündür. Rəfaha hücum haqqında İsrail artıq 3 aydır ki, danışır və hücum etmək ərəfəsindədir. Bütün qüvvələrini ora hücum etmək üçün cəmləşdirib. Hətta ora müəyyən atəşlərdə edir, amma hücumə keçmir. Çünki, Amerika Birləşmiş Ştatları, o cümlədən Ərəb ölkələrinin tutduğu  ciddi mövqe İsraili Rəfaha hücum etməkdən saxlayır. Hərəsinin öz maraqları var. Bildiyimiz kimi Amerika Birləşmiş Ştatları o vaxta qədər də İsrailin Rəfaha  hücum zamanı çox sayda əhalisinin öldürülməsinin artacağını, (bunun sayı artıq 34 mindən çoxdur) əsas gətirərək İsraili bu addımı atmaqdan çəkindirir. İsrailin dedikləri onu göstərir ki, Amerika Birləşmiş Ştatlarına qulaq asmadığı kimi bu dəfə də qulaq asmaq fikirində deyil. Bütün xəbərdarlıqlara baxmayaraq, İsrail Rəfaha hücum etmək və orda təmizləmə əməliyyatı aparmaq fikirindədir"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər