"Ceyms Devid Vensin geniş nümayəndə heyəti ilə Bakıya səfər etməsi Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasının bariz nümunasədir".
Bu sözləri News365.az-a müsahibə verən palitoloq Aytən Qurbanova deyib. Palitoloq bildirib ki, 8 avqust tarixində üç tərəfli müqavilənin ABŞ-də imzalanması dövlətlər arası münasibətləri dərinləşdirib. Bu səfərin yüksələn xətlə inkişaf edən münasibətləri daha yaxşılaşdıracağını qeyd edən palitoloq əlavə edib:
"Düşünürəm ki, səfər çərçivəsində müzakirə olunacaq məsəslələr, həm iki tərəfli münasibətləri həm də çox tərəfli əsasda regional proseslərin idarə olunması, sülh və sabitinliyin təmin olunmas ilə bağlı olacaq. Bu da sülh prosesinin sürətlənməsinə təkan verəcək. Bununla yanaşı istər trip layihəsi, istərsə də Azərbaycana kifayət qədər önəmli investisiyaların cəlb edilmə məsələləri də müzakirə mövzusu olacaq. Bir gün öncə cənab Prezidentin qəbul etdiyi ABŞ ticarət palatasının nümayəndələr heyətinin tərkibində kifayət qədər önəmli transmilli korpasiyalarının rəhbərləri var idi. Bu da onu deməyə əsas verir ki, etibarlı tərəfdaş olaraq Azərbaycanla ticari münasibətlər qurulacaq, ölkəmizdə yaşıl enerji, nəqliyat kominikasiyalarının yenidən qurulması, investisiya və çox tərəfli əsasda əlaqələr qurulacaq. Həmçinin Azərbaycanın ortaya qoyduğu sülh gündəliyi çərçivəsində razılaşdırılmış müddəaların sürətli şəkildə yerinə yetirilməsi, Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması, və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərin də gündəliyə daxil edilməsi istisna edilmir".