Venesuellada həbsdən yeni çıxan müxalifət lideri qaçırıldı

Venesuellada həbsdən yeni çıxan müxalifət lideri qaçırıldı
10:32

Venesuela müxalifət lideri Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado yaxın müttəfiqi Xuan Pablo Quanipanın yoxa çıxdığını bildirib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki,  Karakasın Los Çorros məhəlləsindən mülki geyimli ağır silahlı şəxslərin Xuan Pablo Quanipanı zorla naməlum yerə apardığlarıı bildirilib.

Hadisə siyasətçinin həbsdən azad edilməsindən qısa müddət sonra baş verib. 

Maçadonun sözlərinə görə, adam oğurluğu gecə yarısı baş verib. 

Qeyd edək ki, "Öncə Ədalət" partiyasının sədri olan Xuan Pablo Quanipa 8 ay əvvəl həbs edilmiş və Maduronun ələ keçirilməsindən qısa müddət sonra azadlığa buraxılmışdı.


Sizin reklam burada
Sizin reklam burada