Ukraynaya hansı mərhələdə sülhməramlılar göndəriləcək

Ukraynaya hansı mərhələdə sülhməramlılar göndəriləcək
11:55

Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr yalnız atəşkəs razılaşması əldə edildikdən sonra başlamalıdır. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya mediasına müsahibəsində bildirib.

“Əvvəlcə atəşkəsə nail olmalıyıq, sonra sülh danışıqlarına başlamalıyıq və sülh razılaşmasına gəlməliyik... Sülhməramlılar göndərilsə də, göndərilməsə də, indi bu məsələlərdə ciddi fikir formalaşdırmaq tamamilə mümkün deyil”, - o vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna ilə bağlı potensial sülh sazişində təsbit ediləcək hər şey “uyğun şəkildə həyata keçirilməlidir”.

Bundan öncə bəyan edilirdi ki, münaqişə həll edildikdən sonra Avropa İttifaqı(Aİ) liderlərinə qoşunlarını sülhməramlı qüvvələrin tərkibində Ukraynaya göndərmək üçün “təzyiq oluna bilər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız