Ukraynada federasiya prezidenti güllələnərək qətlə yetirilib

Ukraynada federasiya prezidenti güllələnərək qətlə yetirilib
12:12

Krivoy Roqda şəhərin Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko güllələnib. 

News365.az  yerli KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs iki kişiyə atəş açıb, onlardan biri hadisə yerində ölüb, ikincisi isə yaralanıb və xəstəxanaya yerləşdirilib. 

    Yevgeni Ponırkoya yeddi dəfə atəş açılıb.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs ərazidən uzaqlaşıb.

    Ponırko sambo və cüdo üzrə idman ustası, Avropa çempionatının bürünc mükafatçısıdır.


    Sizin reklam burada
    Sizin reklam burada