Ukrayna daha bir yaşayış məntəqəsini itirdi

Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
13:45

Rusiya ordusunun "Mərkəz" qüvvələrinin hərbçiləri qondarma "Donetsk Xalq Respublikası"nın Lısovka yaşayış məntəqəsini zəbt ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, hücum tədbirləri zamanı Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Muravka, Dimitrov, Mirolyubovka, Zverevo, Novosergeevka və Alekseevka yaşayış məntəqələri yaxınlığında Ukrayna tərəfinin üç mexanikləşdirilmiş və iki hücum briqadasını, həmçinin dəniz piyadaları və Ukrayna Milli Qvardiyasınının əsgərlərini məğlub ediblər.


“Düşmən 425-dən çox hərbçisini, 1 tankı, 5 zirehli döyüş maşını, 11 avtomobili və 3 səhra artilleriyasını itirib”, - məlumatda deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada