Kiyev orduya daha çox qocalar və alkoqol aludəçilərini çağırır -"Guardian"

Kiyev orduya daha çox qocalar və alkoqol aludəçilərini çağırır -"Guardian"
11:47

Ukrayna ordusuna getdikcə daha çox yaşlı, xəstə və alkoqol asılısı olan insanlar çağırılır.

Bu barədə Britaniyanın “The Guardian” qəzeti Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə istinadən yazıb.

“Bu yaxınlarda 90 nəfəri qəbul etdik. Lakin onlardan yalnız 24-ü döyüş mövqelərinə keçməyə hazır idi. Qalanları qoca, xəstə və ya alkoqol asılısı idi. Bir ay əvvəl onlar Kiyev və ya Dnepr ətrafında özləri üçün gəzirdilər. İndi isə həmin şəxslər səngərdədirlər və silahlarını güclə saxlayırlar", - Qəzet adı açıqlanmayan ukraynalı əsgərdən sitat gətirib. O həmçinin qeyd edib ki, “həmin yeni çağırışçılar zəif təlim keçmiş və zəif təchiz olunmuş döyüşçülərdilər”.

Hərbçinin qeyd etdiyi kimi, Ukraynada səfərbər olan vətəndaşlar artıq müharibənin əvvəlində cəbhədə olanlara bənzəmirlər.

“The Guardian” belə hesab edir ki, Ukraynanın “tükənmiş ordusu” getdikcə daha çox yaşlı insanlardan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız