Türkiyədə terrorçuya 1794 il həbs cəzası verildi

Türkiyədə terrorçuya 1794 il həbs cəzası verildi
26 Apr 2024 15:21

İstanbul məhkəməsi İstiqlal prospektindəki hücumu həyata keçirən terrorçuya ümumilikdə 1794 il həbs cəzası verib. News365.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

“Müttəhim Əhlam Əlbəşir İstiqlal küçəsində törədilən terrora görə yeddi ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edilib”, - nəşr yazıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 13-də İstanbulun ən turistik yerlədindən olan İstiklal küçəsində dəhşətli terror aktı baş vermişdi. Partlayış nəticəsində 5 nəfər ölmüş, 81 nəfər isə yaralanmışdı.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər