Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur
16:11

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" dağ-xizək kurortunda hoteldə baş verən yanğınla bağlı istintaq aparan prokurorluq ittiham aktı hazırlayıb və bəzi müttəhimlər üçün 2 min ilə yaxın həbs cəzası tələb edir.

Bu barədə "A haber" telekanalı məlumat verib.Qeyd olunur ki, prokurorluq 13 nəfərin baş verənlərə görə məsuliyyət daşıdığını və 70-dən çox maddə təqsirli hesab edir. Onların hər biri üçün ittiham tərəfi 1 998 ilə qədər həbs tələb edir. Təqsirləndirilənlər arasında hotel sahibləri, İdarə heyəti üzvləri və menecerlər daxildir. Daha 22 müttəhimin hər birini 22.5 il həbs cəzası gözləyir.

Təqsirləndirilənlər arasında, həmçinin hotelin xidmət personalı və obyektdə yoxlamaların aparılmasına və lisenziyaların verilməsinə cavabdeh olan Bolu administrasiyasının bəzi əməkdaşları da var. Onlar ehtiyatsızlıqdan birdən çox şəxsin ölümünə və ya xəsarət almasına səbəb olmaqda ittiham olunurlar.



Sizin reklam burada
Sizin reklam burada