Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb

Türkiyə hərbçiləri İraqın şimalında yeddi terrorçu öldürüb
15 Fev 2025 14:41

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının yeddi silahlısı öldürülüb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İraqın şimalında Kandil bölgəsində fevralın 12-də keçirilən havadan əməliyyat nəticəsində dörd, fevralın 14-də isə ölkənin Metina bölgəsində isə üç terrorçu öldürülüb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam etdirəcək.


Sizin reklam burada
Sizin reklam burada