“TRT”nin əməkdaşları Qəzzada yaralandı - FOTOLAR

“TRT”nin əməkdaşları Qəzzada yaralandı - FOTOLAR
27 Avq 2024 10:05

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin “TRT” telekanalının əməkdaşları xəsarət alıblar.

News365.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, telekanalın operatoru gözündən yaralanıb. Onunla yanaşı assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı deyilir.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib.

 


Sizin reklam burada
Sizin reklam burada