Tramp Konqresdə Putindən danışdı

Tramp Konqresdə Putindən danışdı
05 Mar 2025 09:00

ABŞ prezidenti Donald Tramp Konqresin hər iki palatasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin adını hallandırıb.

Xarici KİV -in yaydığı məlumata görə Rusiya məsələsi gündəm olsa da o, Kreml rəhbərinin adını ancaq bir dəfə çəkib. 

Amerika lideri sələfi Cozef Baydenin administrasiyasının siyasəti nəticəsində qeyri-qanuni immiqrasiya ilə bağlı problemlərdən də danışıb.  Bununla bağlı Tramp Putini xatırladıb.

 “O qədər səriştəsizliklər olmuşdu ki, Putin baş verənləri görəndə çox güman ki, belə deyirmiş "vau, bəlkə də bu mənim şansım idi. Nə pis oldu...",-  ABŞ prezidenti deyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada