Papa Fransisk pis siyasətçi və pis diplomat olsa da, yaxşı keşiş idi. Rusiya mediasının yaydığı məlumata görə, bunu Polşa Seyminin sədri Şimon Xolovniya bildirib.
"O, çox yaxşı din xadimi idi. Amma mənim dəyərləndirməmə görə, Fransisk pis siyasətçi idi. Məncə, o həm də çox pis diplomat idi. Bununla belə papa gözəl sülh kahini, gözəl mömin keşiş oldu və bu, Papa üçün ən vacib şeydir", - Xolonya bildirib.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də, Pasxa bayramının ertəsi günü vəfat edib. 88 yaşlı papanın son zamanlar səhhətində ciddi problemlər yaranmışdı. "Vatican News"un yaydığı məlumata görə, ali din xadiminin ölümünə səbəb insultun yaratdığı koma və ürəyin dayanması olub.
Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtında idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkib.
Tural